Masallıda partlayış: Yaralanan var

Masallıda partlayış: Yaralanan var Nazirlik məlumat yayıb

Masallı rayonunda qaz borusunda partlayış baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 28-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb.

Rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib.

Yanıq xəsarəti alan H. Abbasov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Oxşar xəbərlər