Ərdoğan Bakıya gəlir

Ərdoğan Bakıya gəlir Aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Məlumatı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Oxşar xəbərlər