Oğlan sumqayıtlı qızı şantaj etdi - 900 dollar pul istədi

Oğlan sumqayıtlı qızı şantaj etdi - 900 dollar pul istədi Avqustun 10-da Sumqayıt şəhər sakini L.Ağayeva Yasamal RPİ 27-ci Polis bölməsinə müraciət edərək cari ilin may ayında Ruslan adlı tanışının onu sosial şəbəkədə rüsvay edəcəyi ilə hədələyib 900 ABŞ dolları pul tələb etməsini, habelə polisə müraciət edəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələməsini bildirib.

Daxili İşlər Nazirliyinin rəsmi saytı xəbər verir ki, Sumqayıt şəhər sakini tanışı tərəfindən sosial şəbəkədə rüsvay ediləcəyi ilə şantaj edilib.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əhmədov tutulub.

Oxşar xəbərlər