Rusiyalı siyasətçi Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edib
Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Hesab edirəm ki, belə də olmalıdır. İki ölkə arasındakı münasibətlərdə heç vaxt əyrilik ola bilməz.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski bildirib.
“Rusiya ilə Azərbaycan arasında münaqişəli məsələlər yoxdur. Bütün istiqamətlərdə əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Əminəm ki, bizim prezidentlərimiz Vladimir Putin və İlham Əliyev hər zaman hər şey haqqında razılığa gələcəklər”, - deyə V. Jirinovski qeyd edib.
Azərbaycan xalqını 28 May-Respublika Günü münasibəti ilə təbrik edən tanınmış rusiyalı siyasətçi bildirib ki, Azərbaycan xalqı çox böyük fəxrlə bu bayramı qeyd edir:
“Bu tarix Azərbaycan Demokratik Respublikasının yaradılmasının növbəti ildönümüdür. Mən fürsətdən istifadə edib Azərbaycan xalqını bu əlamətdar hadisə münasibəti ilə təbrik edirəm. Bizim əziz dostlarımız, qonşularımız! Biz sizi tanıyırıq, sevirik və hörmət edirik! Bayramınız mübarək olsun!”.