Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiyməti ABŞ dollarının bahalaşması neftin qiymətinə təsir göstərir

Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,33% azalaraq bir barelə görə 47,80 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47% ucuzlaşaraq 46,38 dollar təşkil edib.

Qeyd edək ki, bahalaşmadan öncə neftin qiyməti sürətlə ucuzlaşıb. Bir çox analitiklər ucuzlaşmaya səbəb kimi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının qlobal iqtisadiyyata mənfi təsir göstərməsidir ki, bu da öz növbəsində neftə olan tələbatı azaldacaq.

Bununla yanaşı, ABŞ dolları yenidən möhkəmlənməyə başlayıb. Bu da neftin qiymətinə təsir göstərib.

Oxşar xəbərlər