Azərbaycan teleməkanında daha bir ilk gerçəkləşib
"Dünya" televiziyasının "Bu sabah" proqramında Azərbaycan rəssamlarının rəsm əsərlərindən ibarət satış sərgisi açılıb. Əsərlərini proqrama təqdim edən ilk sənətkarlar-rəssam və heykəltəraş Tamella Seyidova, rəssam Rakif İsmayılov və təkəlduz ustası Mehriban Xəlilova olub.
Bildirilib ki, canlı efirə telefonla bağlanan tamaşaçılar artıq istədikləri rəsm əsərlərini ala biləcəklər. Eyni zamanda naturadan çəkilən portretlərin də sifarişi qəbul olunacaq. Layihənin ideya müəllifi olan Nuranə Axundova bu yolla emalatxanalarda illərlə yatıb qalan rəsm əsərlərinin nəhayət ki, evləri bəzəyəcəyinə ümid edir.
İlk proqramda qonaq olan Türkiyənin TRT kanalının aparıcısı Bünyamin Aksunqurun da naturadan portreti ressam Rakif İsmayılov tərəfindən çəkilib.
Xatırladaq ki, rəsm əsərlərinin, eləcə də təkəlduz nümunələrinin qiyməti 50 manatdan 1500 manata qədər dəyişir.