Amerika piyadalarına gey general rəhbərlik edəcək

Amerika piyadalarına gey general rəhbərlik edəcək Fenninq namizədliyinin təsdiqini səkkiz ay gözləyib

ABŞ senatı ordu naziri vəzifəsinə piyada qoşunlarının koordinasiyası ilə məşğul olan 47 yaşlı Erik Fenninqin namizədliyini təsdiqləyib.

Beləliklə də Fenninq ABŞ qoşunlarının bir növünə mülki rəhbər qismində başçılıq edəcək ilk açıq gey oldu.

Piyada qoşunlarının yeni naziri namizədliyinin təsdiqini səkkiz ay gözləyib. Buna Respublikaçı senator Pet Roberts mane olurdu. O, Baraka Obama Quantanamo həbsxanasını bağlamağa müvəffəq olduğu təqdirdə, orada olan məhbusların heç birinin Kanzas həbsxanasına köçürülməyəcəyinə dair zəmanət almaq istəyirdi.

Roberts, Fenninqin namizədliyini müdafiə nazirinin müavini Robert Vork ona Quantanamo həbsxanasının bağlamaq üçün Obamanın çətin ki, yetərli vaxtı olduğunu izah etdikdən sonra təsdiqləyib.

Oxşar xəbərlər