Onlardan qumbaralar götürülüb
Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.
Saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.
Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.
Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.
10:54
Zaqatala rayonunda polis genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyat nəticəsində 10-a yaxın radikal dini cərəyanın nümayəndələri saxlanılıb.
Onlardan qadağan olunmuş dini ədəbiyyat, xeyli sayda silah-sursat, o cümlədən qumbaralar götürülüb.
Xatırladaq ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.
Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.