AMEK: Obama “erməni soyqırımı”nı tanımayacaq

AMEK: Obama “erməni soyqırımı”nı tanımayacaq “O, prezidentliyini başladığı kimi sona çatdıracaq”

ABŞ prezidenti Barak Obama illik müraciətində 1915-ci il hadisələrini yenidən “soyqırım” adlandırmayacaq.

Bu barədə Amerikanın Milli Erməni Komitəsi (AMEK) məlumat yayıb.

AMEK-in məlumatına görə, bu barədə təşkilata ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndələri bildirib.

“Mahiyyətcə prezident Obama, Türkiyənin təzyiqinə güzəştə gedərək və “erməni soyqırımı” haqqında həqiqəti demək vədinə xilaf çıxaraq prezidentliyini başladığı kimi sona çatdıracaq”, - AMEK-in icraçı direktoru Aram Ambaryan Ağ Evin nümayəndəsi ilə görüşdən sonra bildirib.

Oxşar xəbərlər