Azərbaycanda hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək

Aprelin 16-sı axşam, 17-də gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Oxşar xəbərlər