Ölkəmizdə istənilən kafe və restoranlarda, avtobus dayanacaqlarında, bir sözlə, insanların sıx olduğu ictimai yerlərdə siqaret çəkilir. Bu da siqaret çəkənlərin siqaret çəkməyən insanları zəhərləməsi deməkdir. Hətta ictimai nəqliyyatda belə sürücülərin siqaret çəkdiyinin şahidi olmuşuq
İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı Milli Məclisdə uzun illərdir müzakirələr aparılsa da, qanun layihəsi qəbul olunmayıb.
Buna baxmayaraq, "Tütün və tütün məmulatı haqqında" Qanunun 21-ci maddəsinə əsasən, Azərbaycanda tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində, yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkmək qadağandır.
İnzibati Xətalar Məcəlləsində qeyd edilir ki, hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə yüz manat miqdarında cərimə, dəmiryol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya 5 manatdan 15 manatadək miqdarda cərimə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə 50 manat miqdarında cərimə, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya 7 manatdan 13 manatadək miqdarda cərimə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə 40 manatdan 50 manatadək cərimə müəyyən edilib.
Ancaq paytaxtda apardığımız müşahidələr bu qaydalara əməl etməyənlərin kifayət qədər olduğunu deməyə əsas verir. Belə ki, hansısa kafedə və ya restoranda siqaret çəkmək qadağandır nişanəsi olsa da, içəridə siqaret tüstüsündən göz-gözü görmürdü. Hətta uşaq əyləncə mərkəzlərində belə siqaret çəkilir.
Qeyd edək ki, bir çox ölkələrdə siqaret çəkənlər üçün küçələrdə xüsusi otaqlar fəaliyyət göstərir. Bu otaqlardan başqa heç yerdə siqaret çəkməyə icazə verilmir. Son 10 ildə ABŞ-da qapalı məkanlarda siqaretin qarşısını almağa xeyli nail olublar. Qonşu Gürcüstanda isə uşaq bağçaları və orta məktəblərdə siqaret çəkmək qanunla qadağan edilib. Siqaretlə mübarizədə Türkiyə modeli isə örnək kimi götürülə bilər. Belə ki, 8 il aparılan monitorinqdən sonra bütün qapalı mühitdə siqaret çəkilməsinə qadağa qoyulub.
Siqaret tüstüsündə təxminən 4000-ə yaxın kimyəvi maddə var ki, onların da 50-yə qədərinin xərçəng xəstəliyi törətməsi sübuta yetirilib. Siqaret çəkilən istənilən yerdə tütünün tərkibindəki zəhərli maddələr qalır və uşağınızın orqanizminə nüfuz edir. Hamilə qadının siqaret tüstüsünə məruz qalması vaxtından əvvəl doğuş, doğulmuş uşağının çəkisinin az olması, qəfil uşaq ölümü sindromu, zəka problemləri, diqqət çatışmazlığı və hiperaktivliyə səbəb ola bilir.
Maraqlıdır, bu qədər zərərli olduğu bilindiyi halda digər dövlətlərdə olduğu kimi Azərbaycanda da ictimai yerlərdə siqaret çəkilməsi niyə qadağan edilmir? Deputat Zahid Oruc bununla bağlı Milli Məclisdə dəfələrlə müzakirələr aparıldığını dedi: "Azərbaycanda siqaret çəkənlərin cəmiyyətdən təcrid olunmasının tərəfdarlarından biriyəm. Belə hesab edirəm ki, ekologiyanı çirkləndirənlərin sırasında qeyd etdiyimiz kateqoriyalı insanlar mühüm yer tuturlar. Bu mənada biz başqa ölkələrin praktikasını ölkəmizə gətirməliyik və qanunvericilik qaydasında bu məsələni sanksiyalaşdırmaq lazımdır. Yəni həqiqətən də bizi zəhərləyənləri çərçivəyə almağı bacarmalıyıq. Mən bir çox ölkələrdə olmuşam. Bu ölkələrdə "özünüzü zəhərləyin" deyə ictimai iaşə yerlərində, xüsusi yerlərin hamısında ayrıca otaqlar yaradılıb. Görünür, bizdə siqaret istehsalçılarının təsir gücü güclüdür ki, biz onlara mane ola bilmirik. Onlar cəmiyyəti özlərinin inhisarında saxlayır. Tütün şirkətlərinin təbliğat, təsir, insanları özlərinin zəhərlənmə zonalarında saxlamaq imkanları, görünür ki, daha böyükdür. Amma cəmiyyətin də onlara dirəniş imkanları var. Sadəcə olaraq, hamı bunu qəbul etməlidir ki, həqiqətən də bu ziyanlı bir şeydir. Kimyəvi reaktiv silahlar, radiasiyalar bir anın içində təsir edirsə, bu, zaman-zaman, damla-damla öldürür. Ona görə də bu yöndə qanunun qəbul olunması təklifləri parlamentdə də səsləndirilib. Ancaq görünür ki, bu işi siqaret çəkməyənlərin lobbi işinə çevirmək lazımdır ki, nəhayətdə qanunvericilik qaydasında bu norma işə düşsün".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən əsrdə 100 milyon insan bu zərərli vərdişin qurbanı olub. Dünyada ən çox siqaretdən istifadə olunan ölkələr arasında Çin, Hindistan, İndoneziya, Braziliya, Banqladeş, Almaniya və Türkiyənin adı çəkilir. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür.