Siqaretlər ən azı 50% bahalaşıb
Bir neçə günlük tərəddüdlərdən sonra Azərbaycanda siqaretlərin yeni topdan və pərakəndə satış qiymətləri müəyyənləşib.
Bu barədə məlumatı Musavat.com-a siqaret satışı ilə məşğul olan şəxslər veriblər.
Qiymətlərdən məlum olur ki, siqaretlər ən azı 50% bahalaşıb. Son devalvasiya daha çox siqaret qiymətlərinə təsir edib.
Qeyd edək ki, bazar ertəsindən mağazalarda siqaretlər ya müxtəlif qiymətlərə satılırdı, ya da satış tamamilə dayandırılmışdı. Yeni qiymətlərin müəyyənləşməsinin gecikməsi siqaret bazarında qeyri-müəyyənliyə səbəb olmuşdiu.
“European Tobacco Baku” şirkətindən bildirilmişdi ki, əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək.
Artıq yeni qiymətlər məlumdur və bu gündən etibarən bütün mağazalarda siqaretlər standart qiymətə satılır.