İranlıların ardınca Bakıya gələn rusiyalı turislərin sayı artdı

İranlıların ardınca Bakıya gələn rusiyalı turislərin sayı artdı “Bakı turlarına olan tələbat üç dəfə artıb”

Rusiyada turistlərin Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz ölkələrinə səfərlərə olan tələbatının artımı qeydə alınıb.

Komersant xəbər verir ki, Azərbaycan, Gürcüstan və Ermənistana turların bron edilmə sayı 50% artıb.

“İnturist”in satış üzrə direktoru Sergey Tolçin qeyd edib ki, Azərbaycan turlarına olan tələbat üç dəfə artıb.

Cənubi Qafqaz ölkələrinə səfərlərin artımını müstəqil bron bazarında da qeydə alınıb.

“Biz, həmçinin Bakı və Tbilisiyə olan tələbatın da artdığını görürük. Bu istiqamətlərdə yanvar ayından aprel ayına qədər satılan biletlərin sayı keçən ilin analoji dövrü ilə müqayisədə üç dəfə artıb”, - DaTravel.com-un baş direktoru Vladislav Şevtsov bildirib.

Oxşar xəbərlər