“Azərilərlə kafeyə getməyə utanmırsan?” – VİDEO

“Azərilərlə kafeyə getməyə utanmırsan?” – VİDEO “Vətənpərvərlərdən” biri qızlara azərbaycanlıların “qırğız olmadığını” qışqırıb

Qırğızıstan DİN Moskvada saxlanılan üç vətəndaşın kimliyini müəyyənəşdirib.

Onlar Moskvada yaşayan həmvətənləri olan qızları ələ salır, bunu kameraya çəkərək videonu internet şəbəkədə yerləşdirirdilər.

Xatırladaq ki, fevralın 15-də Facebook-da naməlum şəxslərin iki bacıya əl qaldıraraq sorğu-sual etdikləri kadrların əks olunduğu video yayılıb.

Videonun müəlliflərinin qəzəbinə səbəb isə qırğız qızlarının gecə klubuna həmvətənləri ilə deyil, azərbaycanlılar ilə gəlməsi olub.

KİV-in məlumatına görə, hadisə Moskva ətrafındakı Kolomna şəhərində yerləşən “Solo” gecə klubunda baş verib.

“Nədir, kameraya çəkilməkdən utanırsan, amma azərilərlə kafeyə getməyə utanmırsan?”, - oğlanlardan biri deyir. Sorğu-suala tutulanlardan biri qırğızların “onu məyus etdiklərini” və bu səbəbdən də başqa millətin nümayəndələri ilə görüşdüyünü bildirir:

“Görüşdüyüm oğlan qırğız idi. O, rus qızı ilə görüşməyə başladı, indi onlar mənim mənzilimdə bir yerdə yaşayırlar”.

Video “vətənpərvərlərdən” birinin qızlara azərbaycanlıların “qırğız olmadığını” qışqırması ilə bitir.

Qırğızıstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, qızları ələ salan üç nəfər saxlanılıb: Moskvada süpürgəçi işləyən T.uulu Z. (27 yaş), fəhlə A.uulu A. (20 yaş) və yükdaşıyan A. Uulu M. (19 yaş).

Qırğızıstan DİN-in nümayəndəsi Rusiyada saxlanılan şəxslərlə profilaktik söhbət aparıb. Onlar törətdikləri əməllərin hüquqi qiymətləndirilməsi üçün hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib.


Oxşar xəbərlər