Bakıda əfqan qız binadan yıxılaraq öldü

Bakıda əfqan qız binadan yıxılaraq öldü F.Ezatullahi qaçqın statusu almışdır

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, F.Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.

Oxşar xəbərlər