“Biz bir-birimizin qələbəsinə sevinə bilmirik!”
Azərbaycanın əfsanəvi “Bakılı oğlanlar” komandasının üzvləri Rusiyanın “Birinci kanal”ında yayımlanan “Qolos. Deti” (“Uşaq səsi”) şousunda öz ifası ilə hər kəsin zövqünü oxşayan Azər Nəsibova dəstək olduğunu bildirdilər.
Açılamasında məşhur KVN-çilər - Bəhram Bağırzadə, Cabir İmanov, Azər Məmmədzadə və Tahir İmanov gənc ifaçı Azər Nəsibovanı qınayanlara sərt cavab veriblər.
“Həyatı dərk edəndən amalı Azərbaycanın adını yüksəltmək olan insanlar kimi bu yolda addımlayan hər kəsin qələbəsinə sevinir və alqışlayırıq. Biz “Birinci kanal”da yayımlanan “Qolos. Deti” (“Uşaq səsi”) şousunda iştirakı ilə hamını heyran edən gənc ifaçını dəstəkləyirik. Bunun bir özəlliyi də ondan ibarətdir ki, bu erməni layihələri ilə dolub-daşan bir kanalda qazanılan qələbədir. Sadəcə ölkəmiz və xalqımız üçün qürur duyduq.
Bunları deməkdə məqsədimiz oğlanın çıxışından sonra sosial şəbəkədə yer alan müzakirələrdə yazılan şərhlərə münasibətimizi bildirməkdir. Bu şərhlər bir daha mənim hər zaman dediyim sözləri təsdiqləyir. Biz bir-birimizin qələbəsinə sevinə bilmirik! Biz ancaq bir-birimizin səhvinə sevinirik, biri yıxılanda, onu axıra qədər əzib, belə şərhlərlə məhv etməyi bacarırıq.
Onun mahnıda “Azərbaycan” əvəzinə, “AzərbayÇan” deməsi, adı tələffüz edərkən isə vurğunu birinci hecaya qoymasını bağışlamaq olar. Ona qalsa, bizim televiziyanın 80 faizi elə danışır, bəzi məmurlarımız da belə danışır. Onlara olar?
Bu isə gənc, yeniyetmə oğlandır, onun səhv etməyə haqqı var. Bu axmaq şərhləri yazanlar da səhvlər ediblər. İnsan səhv edərək öyrənir. Sadəcə oğlana ölkənin adını düzgün olaraq necə tələffüz edildiyini, onun öz adında vurğunun birinci deyil, ikinci hecaya düşdüyünü izah etmək lazımdır. Sakitcə izah etmək laızmdır, daha axmaq-axmaq şərhlər yazmaq lazım deyil. Axı sakitcə başa salanda, uşaq da ona izah olunanı normal qarşılayır və anlayır.
Azər yaradıcı oğlandır və gələcəkdə də o, yaradıcılıq yolunda addımlayacaq, yaradıcı insanı isə təbrik etmək, ona dəstək olmaq lazımdır. Qələbəsi kiçik də olsa, bu qələbənin nəhəng bir layihədə qazanıldığını unutmayaq.
Amma təəssüf ki, təbrik əvəzinə, bəziləri təhqiredici şərhlər yazmağa başladılar, bu isə heç də yaxşı nəticə verməyəcək. Həmvətənlərimizin qələbələrinə sevinmək lazımdır. Bu cür şərhlərlə qələbəsinə kölgə salmaq olmaz, bu vicdandan və kişilikdən uzaq bir addımdır.
Biz öz adımızdan onu təbrik edir, uğurlar arzulayırıq və bildirmək istərdik ki, onu hər an dəstəkləməyə hazırıq. Hətta lazım olarsa, ora da gələrik. Həyatımızın əsas hissəsini Azərbaycanı təmsil etməyə həsr edən insanlar kimi biz onun nailiyyətlərinə sevinirik. Və qoy o bilsin ki, bizim kimilər o axmaq şərhləri yazanlardan daha çoxdur!”.