“Real” “Liverpul”a, “Mançester Siti” “Borussiya”ya qarşı

“Real” “Liverpul”a, “Mançester Siti” “Borussiya”ya qarşı Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

İspaniyada Madrid “Real”ı İngiltərənin “Liverpul” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/4 finalın ilk oyunları
6 aprel


23:00. Real (İspaniya) - Liverpul (İngiltərə)

23:00. Mançester Siti (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)

Oxşar xəbərlər