
Son oyun günündə keçiriləcək 4 matçdan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.
Günün ilk görüşü Almaniyada Dortmund “Borussiya”sı ilə Portuqaliya “Sportinq”i arasında oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Bu mərhələnin ən prinsipial oyunu isə İspaniyada keçiriləcək. “Real Madrid” İngiltərədə 3:2 hesabı ilə qalib gəldiyi “Mançester Siti”ni bu dəfə “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45. "Borussiya Dortmund" (Almaniya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 3:0
00:00. PSJ (Fransa) – “Brest” (Fransa)
İlk oyun - 3:0
00:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
İlk oyun - 3:2
00:00. PSV (Niderland) - "Yuventus" (İtaliya)
İlk oyun - 1:2
Qeyd edək ki, pley-off mərhələsinin ötən gün keçirilmiş cavab oyunlarından sonra Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, Niderlandın “Feyenoord” və Belçikanın “Brügge” komandaları 1/8 finala vəsiqə qazanıblar. Bu raundun püşkatma mərasimi fevralın 21-də keçiriləcək.