“Bütün mümkün addımları atırıq”
10 aylıq Qorqud Dadaşzadənin Təbrizin “Kudakan” uşaq klinikasında vəfat etməsi ilə bağlı məsələ Azərbaycanın Təbrizdəki baş konsulluğunun nəzarətindədir.
Bu barədə “Report”a Azərbaycanın Təbrizdəki baş konsulluğundan bildirilib.
Konsulluq uşağın meyitinin Dadaşzadə ailəsinə 3200 manat borcu olduğuna görə verilməməsindən xəbərdardır.
“Bütün məsələlər həll olunandan sonra ictimaiyyətə xəbər veriləcək. Baş konsulluq bu problemin həll olunması üçün qanun çərçivəsində bütün mümkün addımları atır”, - baş konsulluqdan bildirilib.