Moskva və Bakı arasında tamformatlı mədəni əməkdaşlığın bərpasına ciddi əngəllər yoxdur.Bu sözləri Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
“Tamformatlı mədəni əməkdaşlığa qayıtmamağımız üçün dərin səbəblər yoxdur,” – deyə, Şvıdkoy vurğulayıb.
O, həmçinin xatırladıb ki, Rusiya və Azərbaycan yalnız tarixən deyil, həm də əsrlər boyu davam edən dostluq və sıx ailə əlaqələri ilə bir-birinə bağlıdır. Ortak mənəvi dəyərlər və mədəniyyətlərimiz cəmiyyətlərimiz arasında dialoqun yenidən qurulması üçün möhkəm zəmin yaradır.
Şvıdkoy qeyd edib ki, Rusiya mədəni əməkdaşlıq məsələlərində Azərbaycan tərəfi qədər açıq və hazırdır.
Bu açıqlama iki ölkə arasında mədəni sahədə yeni layihələrin və qarşılıqlı təşəbbüslərin həyata keçirilə biləcəyinə işarə edir.