Polis narkoman iddialarına görə tarixi binanı nəzarətə götürdü - RƏSMİ

Polis narkoman iddialarına görə tarixi binanı nəzarətə götürdü - RƏSMİ Daxili İşlər Nazirliyi Yasamal rayonu Mirzə Fətəli Axundov küçəsi, 84 ünvanında yerləşən 1899-cu ilə aid binanın narkomanların yuvasına çevrilməsi barədə yayılan iddialara münasibət bildirib.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Ölkə.Az-ın sorğusuna cavab olaraq deyib ki, hazırda bina polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır:

“Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı ölkəboyu mübarizə tədbirləri fasiləsiz olaraq aparılır. Həmin ərazidə dəfələrlə polis əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər həyata keçirilib. Narkotik vasitə aludəçiləri barəsində müvafiq tədbirlər görülüb.

Sonuncu dəfə isə həmin ərazidə keçirilən tədbirlərlə orada narkotik maddə istifadəçilərinin, həmçinin, tüfeyli həyat tərzi keçirən şəxslərin toplaşması ilə bağlı səsləndirilən fikirlər öz təsdiqini tapmayıb. Buna baxmayaraq ərazi hazırda polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır”, - deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl lent.az 126 illik üçmərtəbəli tarixi binada narkotik istifadəçilərinin toplaşdığını yazmışdı.

Oxşar xəbərlər