Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökümətlərarası təşkilatdır

Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək  olan beynəlxalq hökümətlərarası təşkilatdır Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında 2009- cu ildə Naxçıvan şəhərində qurulan Türk Dövlətləri Təşkilatı dövlətlərarası münasibətlərdə yeni mərhələ açmışdır. Təşkilatın əsas şüraı isə Türk dövlətlərinin birliyinin önəmini özündə əks etdirən “Biz birlikdə daha güclüyük” şüarıdır. Təşkilata daxil olan hər bir ölkə müasir dövrdə sürətli inkişafa malik olan dövlətlərdir, ancaq türk dövlətlərinin ortaq tarixi və etnik kökləri onları sıx birləşdirir.
Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökümətlərarası təşkilatdır.
Bu təşkilatın fəaliyyəti türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində böyük rol oynayır. Üzv ölkələr arasında bütün sahələrdən əməkdaşlığın inkişafı dövlətlərarası münasibətlərin daha da güclənməsinə şərait yaradır.
Oktyabr ayının 7- də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilmişdir. Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezident İlham Əliyev bildirmişdir ki “Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının fəaliyyətinin önəmli tərəflərini vurğulayaraq, gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etmişdir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər