
İtaliya Avropada Azərbaycanın böyük ticarət və ixracat tərəfdaşıdır. Pandemiya dövründə də iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb, həmin dövrdə bir çox ölkələrin ticarət göstəriciləri aşağı düşsə də, Azərbaycan və İtalya arasındakı iqtisadi əlaqələrə təsir etmədi. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizindən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşması da İtalya dövləti üçün olduqca vacib haldır, bu səbəbdən hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İstər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, istərsə də sonrası İtaliya mətbuatı daim Azərbyacanı dəstəkləyib.
İtaliya Azərbaycan əlaqələrinin inkişafı regionumuz və ölkəmiz üçün çox önəmlidir, həm də bu bir daha onu sübut edir ki, bu gün Azərbaycanın çox yaxşı münasibətdə olduğu Avropa dövlətləri mövcuddur və bunu beynəlxalq təşkilatlar da öz siyasətlərində nəzərə almalıdırlar. Şübhəsiz ki, bunun əsas səbəblərindən biri də Prezident İlham Əliyevin xarici dövlətlərlə qurduğu səmərəli əməkdaşlıq modelləridir. Bu səfər nəticəsində qarşılıqlı investisiya layihələri daha da genişlənəcək ki, bunun da ticari əlaqələrə mühüm faydası vardır.
Alidə Aslanova – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi