Pentaqon: "Rusiya döyüş tanklarının yarısını itirib"

Pentaqon: “Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya, yəqin ki, əsas döyüş tanklarının yarısını itirib”.

“Report” xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin (Pentaqon rəhbərinin) müavini Kolin Kal deyib.

O bildirib ki, Rusiya, həmçinin dəqiq silahların əksəriyyətindən istifadə edib: “Rusiya Prezidenti Vladimir Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibənin nəticəsində zəifləyəcək”.

K.Kal söyləyib ki, Rusiyanın itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı savaş bu ilin fevral ayında başlayıb.

Oxşar xəbərlər