İlk “Altay” tankları Türkiyə ordusunun istifadəsinə veriləcək

İlk “Altay” tankları Türkiyə ordusunun istifadəsinə veriləcək Türkiyənin yerli istehsalı olan ilk əsas döyüş tankı “Altay” aprelin 23-də ölkənin milli suverenlik günü münasibətilə Silahlı Qüvvələrə təhvil veriləcək.

Bu barədə Türkiyənin aparıcı zirehli nəqliyyat istehsalçısı BMC-nin rəhbəri Murat Yalçıntaş məlumat verib.

O, qeyd edib ki, hazırda tankların Koreya istehsalı olan enerji blokları quraşdırılır. Bu elementin yerli analoqu isə 2026-cı ilə qədər hazır olacaq.

Yalçıntaş zirehli texnikanın Türkiyəyə dost ölkələrə ixracı perspektivini də istisna etməyib.

Qeyd edək ki, 65 tonluq döyüş maşını tank əleyhinə raket sistemləri və yeni nəsil aktiv müdafiə sistemi ilə təchiz edilir. Tank atəşinə nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçirilir.
İlk mərhələdə 250 tankın istehsalı nəzərdə tutulur. Ümumilikdə, Ankara 1000 belə döyüş maşınını istehsal etməyi planlaşdırır. Gələcəkdə tankın pilotsuz versiyaları da buraxılacaq.

“Altay” Türkiyə Silahlı Qüvvələrində xidmətdə olan Alman “Leopard”ları və ABŞ M60 tanklarını əvəz edəcək.(oxu.az)

Oxşar xəbərlər