
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, dağıntılar altından çıxarılan 81 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
***
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ nəticəsində çökən binada dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib.
Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Ali Yerlikaya dağıntılar altında qalan 1 nəfərlə bağlı axtarış-xilasetmə əməliyyatının davam etdiyini nəzərə çatdırıb.
***
Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə daha üç zəlzələ baş verib.
Bu haqda AFAD məlumat yayıb.
Zəlzələlər 20:01-də 4,6, 20:04-də 4,1 və 20:06-da 4 bal gücündə qeydə alınıb.
Sındırqı vilayət valiliyinin məlumatına görə, ilk təkanlardan sonra 10-a yaxın yaşayış binası çöküb.
İstanbulun Sultanqazi və Bahçelievler ərazisində də vətəndaşlar evlərini tərk edib. Küçükçekmecede sakinlər parklara axın edib.
***
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.
Ölkə.az AFAD-a istinadən xəbər verir ki, təkanlar İstanbul da daxil olmaqla, Marmara bölgəsinin bir çox yerində hiss olunub.
Hadisə nəticəsində bir bina çöküb.
Məlumataa görə, zəlzələ yerli vaxtla saat 19:53-də qeydə alınıb və yerin 11 kilometr dərinliyində baş verib.
Hazırda dağıntılar altında qalanların olub-olmadığı məlum deyil.
***
Türkiyənin İstanbul şəhərində 6,1 maqnitudalıq zəlzələ olub.
Bu barədə "A Haber" məlumat yayıb.
Təbii fəlakətin fəsadları barədə hələ məlumat yoxdur.