Türkiyədə 8 güləşçi dağıntılar altından çıxarılıb

Türkiyədə 8 güləşçi dağıntılar altından çıxarılıb Türkiyənin 8 güləşçisi dağıntılar altından çıxarılıb.

Bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində Kahramanmaraşda çökən binadakı güləşçilərdən 8-i sağ qurtarılıb. Hazırda xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 6234 adam həlak olub, 37 011 nəfər yaralanıb.

Oxşar xəbərlər