
"Dünya susmasın, mənim balamın qanı yerdə qalmasın" süjet ananın bu sözləri ilə başlayır.
Daha sonra Elgünün vatsap üzərindən göndərilən səs yazısı təqdim olunur: "Kartını mənə göndər... "Garden"i danışdım "Son zəng"ə görə. Uşaqlar beh atır. Sinifdəkilər. Onları administratorun kartına göndərəcəyəm".
"Hadisə baş verən günü Elgünlə danışmışam. Deyib, ana, informatikadayam. Orada olanda da yazışmışıq. Çıxanda da danışmışıq, deyib ki, ana, çıxdım. Gedirəm rəqsə. Dedim, evə get, yemək ye. Dedi ki, ay ana, ac deyiləm. Piyada düşürəm, ona qədər vaxt olacaq. Mən də gözlədim, saat 6, 7-yə qalmış zəng vurdum ki, görüm çıxırmı? Trenajora getməliydi. Zəng çatmadı. Sonra narahat oldum, informatika müəlliməsinə zəng vurdum. Dərsdən çıxdığı uşaqlardan birini nömrəsi-filan... Daha sonra axtarmışıq, küçəyə düşmüşük, oğlumla bütün bu ərazini gəzmişik, bəlkə, haradasa uşaqlarla otura", - deyə anası bildirib.
Onun sözlərinə görə, Elgünün son günlər davranışlarında heç bir qəribəlik olmayıb.
"Heç bir dəyişiklik yox idi, hər şey normal idi. Söhbət edirdik, "Son zəng"ə hazırlaşırdıq. Hətta demişdi, ana, mənə iki dəst paltar alarsan - bir kostyum, bir də çıxış üçün köynək. Yəni heç bir qeyri-adi bir şey yox idi. Yəni aqressiv olsun, ay fikirli, ay problemi - heç nə... Mən anayam, onun səsində hər hansı bir həyəcanı hiss edə bilərdim. O da yox idi. Yəni adicə bir adamın dişi, başı ağrıyanda hiss edirsən ki, onun nəsə problemi, dərdi var".