
"Bu barədə TASS ABŞ Müdafiə Nazirliyinin rəhbərlərinin birgə bəyanatına istinadən məlumat yayıb.
"Rusiya strateji və digər nüvə silahlarının modernləşdirilməsinə və inkişafına xüsusi diqqət yetirməkdə davam edir. Rusiya həmçinin anti-peyk qabiliyyəti kimi nüvə silahı daşımaq üçün nəzərdə tutulmuş yeni peyk hazırlayır", - sənəddə deyilir.
Bəyanatı ABŞ Kosmik Qüvvələrinin komandanı Çensom Saltzman, Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Devid Elvin və Hərbi Hava Qüvvələrinin katibi Troy Maynk hazırlayıb.