Manaf Ağayev “Hər şey daxil”də toylara getdiyi xanım ifaçılarla bağlı gözlənilməz açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, Tarix Əliyev (Tolik) Manafın da qonaq olduğu verilişdə “Əlikram dedi ki,”Axşam bir yerdə toydaydıq. Səhər mənlə toylara gedən qız müğənniyə zəng vurdum ki, toya gəl. Dedi “Yox, mən Manafla işləyirəm bu gündən”” ifadələrini işlədib.
Manaf Tolikin bu sözlərinə laqeyd qala bilməyib:
“Gördüm yaxşı oxuyur, həm də yerlimdir, dedim niyə də mənim böyrümdə olmasın?! Gəldi oxudu, gözəl də oldu. Allah onu da xoşbəxt eləsin”.
Manafın son cümləsi Toliki çaş-baş qoyub. Aparıcı müğənniyə “O, ailəlidir” sualı ilə müraciət edib. Manafın cavabı bu dəfə daha kəsərli alınıb:
“Yox, yəni balası var da. Deyirəm, Allah xoşbəxt eləsin. Ailəlinin mənim yanımda nə işi var?! Elə olur 3 günlük Moskvaya toya gedirik, ərli qadın necə getsin axı?!”