ABŞ Suriyanın şimalında hərbi baza yaradır

ABŞ Suriyanın şimalında hərbi baza yaradır ABŞ və Qərb koalisiyasının Suriyadakı yeni hərbi bazası Fəratın şərq sahilində Ayn əl-Ərəb (Kobani) şəhəri yaxınlığında yaradılır.

"Bu barədə “Al Hadath” telekanalına “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyasındakı mənbələr məlumat verib.

Onların sözlərinə görə, 2024-cü ilin dekabr ayının sonundan bəri Suriya-İraq sərhədindəki Əl-Valid keçid məntəqəsindən sement blokları, elektrik generatorları, yanacaq çənləri və döyüş sursatları olan 300-ə yaxın yük maşını bu əraziyə gedib. Yanvarın 1-də hərbi texnika və buldozerlər daşıyan 50 yük maşınından ibarət karvan gəlib.

Dekabrın 19-da SDQ komandiri Mazlum Abdi Türkiyə qoşunlarının əraziyə daxil olmasının qarşısını almaq üçün Ayn əl-Ərəbdə (Kobani) hərbsizləşdirilmiş zona yaradılmasını təklif edib. Eyni zamanda o qeyd edib ki, Türkiyə ilə həmsərhəd olan bu ərazi Amerika hərbçilərinin nəzarəti altında olacaq.

Oxşar xəbərlər