Türkiyə ordusu və "Azad Suriya ordusu"nun Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” keçirdiyi əməliyyat çərçivəsində Afrinin Aşrəfiya məhəlləsi bombalanıb.
Bu barədə kürdlərin Suriya Demokratik Şurası Partiyasının nümayəndəsi Reyzan Hedu məlumat verib. Onun sözlərinə görə, bombardman zamanı 10 dinc sakin yaralanıb. Onları xəstəxanaya yerləşdiriblər.
“Bombardman zamanı dinc sakinlər zərər görüblər. Hazırda yaralıların kimliyi araşdırılır”, - deyə Reyzan Hedu bildirib.
Bundan əvvəl isə Suriya hökuməti bildirmişdi ki, Türkiyə hərbçilərinin qırıcıları dinc sakinlərə məxsus avtomobili vurublar. Nəticədə 3 nəfər xəsarət alıb. Türkiyə hökuməti isə xəbəri təkzib edərək, bu informasiyaların yalan olduğunu bildirib.
Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.