2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin Bric yaradır. Dörd il sonra yəni, 2010-cu ildə Cənubi Afrika da ona qoşulduqdan sonra Brics adlanmağa başlanmışdır. Qrup dünyanın inkişaf etməkdə olan ən mühüm ölkələrini bir araya gətirmək, Şimali amerika və Qərbi Avropanın daha varlı dövlətlərinin siyasi və iqtisadi gücünə meydan oxumaq üçün yaradılıb. BRICS-ə rəhbərlik üzv ölkələr arasında rotasiya qaydasında dəyişir. Bu il rəhbərlik Rusiyadadır. Rusiyanın Kazan şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət edildiyi 16-cı BRICS sammiti keçirilib. Rusiya, Çin, Hindistan, İran, Braziliya kimi ölkələrin rəhbərləri ilə yanaşı NATO üzvü Türkiyə də ilk dəfə bu sammitə qatılacaq. BMT-nin Baş katibi Antonio Guterres tədbirdə iştirak etmək üçün Kazana gəlib. Azərbaycan hələlik təşkilata üzv olmasa da,bu qurumda yer almaq niyyətindədir. Prezident İlham Əliyev bu mötəbər tədbirdə çıxış edib.
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb,beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının COP29-un keçirilməsi məkanı olacaq.Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini,sərhədlərin delimitasiyası və demarkasiyasını,qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
tarix müəllimi Səfərova Rumiyyə