
Bu haqda ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
"Əgər məhkəmələr gözlənilmədən rüsumlarla bağlı bizim əleyhimizə hansısa şəkildə qərar çıxarsa, bu, digər ölkələrə ölkəmizi anti-Amerika rüsumları ilə girov saxlamağa imkan verəcək. Bu, Amerika Birləşmiş Ştatlarının iqtisadi çöküşü demək olacaq", - o yazıb.
Qeyd edək ki, ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi çərşənbə günü Trampın idxal rüsumlarının tətbiqi ilə bağlı qərarın icrasını prezidentin səlahiyyətlərindən sui-istifadə etdiyini əsas gətirərək bloklayıb.
Cümə axşamı isə ABŞ-ın Apelyasiya Məhkəməsi gömrük rüsumlarını bloklayan hökmü müvəqqəti olaraq dayandırıb. Ağ Evin mətbuat katibi Kerolayn Livitt qeyd edib ki, ABŞ administrasiyası bu işi ölkənin Ali Məhkəməsinə vermək niyyətindədir.(APA)