Laçın işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır

Laçın  işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır
Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı.
Laçının ad kimi gözəl və füsnkar təbiəti var. Əzəmətli uca dağlar, sıldırım qayalıqlar, zümrüd meşələr, bol sulu çaylar, bərəkətli torpaqlar, zirvələrdə qartallar, bağlarda bülbüllər, göllərdə yaşılbaş sonalar... Çəmənlərdə lalələr, nərgizlər, bənövşələr. Yamaclarda kəklikotular, əvəliklər, qırxbuğumlar... Sucuq yerlərdə baldırğanlar çaşırlar... Qayalıqlarında əhəng daşı, xına daşı, çaxmaq daşı... Hər otu, yarpağı, daşı, torpağı dərman olan Ana yurdun bir parçasıdır Laçın və onun bir qarışı da düşmənə verilmədi.
Laçın işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qanunsuz məskunlaşma aparılmışdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Arazboyu rayonlarla irəliləyən Azərbaycan qoşunları oktyabr ayında Qubadlı rayonuna daxil olmuş, Laçın dəhlizinə doğru irəliləməyə başlamışdır. Müharibə 10 noyabrda üçtərəfli bəyanat ilə sona çatmışdır. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılmışdır. Buna baxmayaraq, Laçın dəhlizi və şəhəri rus sülhməramlılarının nəzarətinə verilmişdir.
Azərbaycan Ordusu Vətən müharibəsində yüksək qəhrəmanlığı və peşəkarlığı sayəsində düşməni diz çökməyə məcbur etdi. Qırx dörd günlük Vətən müharibəsi zamanı Azərbaycan ərazisi işğalçılardan təmizlənib və artıq azaddır.
Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həqiqətən də tarixi qərardır. Bu qərar Azərbaycanın öz suverenliyini tam bərpa etməsinə mənəv-siyasi dəstəkdən əlavə, eyni zamanda, erməni revanşistlərinə və Ermənistan hakimiyyətinə ciddi mesajdır. Beləliklə, Ermənistanın revanşist dairələrinə bir daha açıq mətnlə mesaj verildi ki, onlar İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələri ilə birmənalı olaraq hesablaşmalıdırlar.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva

Oxşar xəbərlər