Laçının tarixi keçmişi eramızdan əvvəl I- II minilləyə aid edilir

Laçının tarixi keçmişi eramızdan əvvəl I- II minilləyə aid edilir Azərbaycanın dildər guşələrindən biri , Laçın rayonun respublikamızın cənub-qərbində , dağlıq ərazidə, Qarabağ silsiləsinin cənub-qərb yaylasında yerləşir .

Laçının tarixi keçmişi eramızdan əvvəl I- II minilləyə aid edilir. Rayon ərazisində həmin dövrə aid, Xocavənd rayonunun Azıx, Cəbrayil rayonun Tağlar mağaraları ilə müqayisə ediləcək 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri , kurqanlar , qala tipli arxioloji abidələr, çoxlu qəbirüstü abidələr, at və qoç fiqurları vardır. Bu abidələrin böyük əksəriyyəti Qafqaz Albanyası dövrünün yadigarı olub, eramızın xristianlıqdan əvvəlki dövrlərə aid edilir. Rayonun nürəkkəb relyefi, sərt iqlim şəraiti nəzərə alınaraq Həkəri çayının keçdiyi ərazilərdə, keçilməz dağ keçidlərində , bir qismi bu günümüzə qədər gəlib çatmış çox sayda körpülər inşa edilmişdir. Bu körpülərin əksəriyyəti bir tağlı , bir qismi isə iki tağlıdır . XV əsrə aid Xaçın daşı, Qız qalası abidəsi, VI əsrə aid Ağoğlan qəsr kompleksi, X əsrə aid ikitağlı Cüləbird körpüsü, XI əsrə aid Qarağışlaq məscidi və s. abidələr bu gün də öz dəyərini qoruyub saxlayır .

Mənfur “qonşu”larımız olan ermənilərin doymaq bilməyən ərazi iddiaları, işğalçılıq siyasətləri və havadarları sayəsində Azərbaycanın dağlar qoynunda yerləşən cənnət məkanı, Laçın rayonu 18 may 1992- ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi rayon ərazisinə Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, rayonun 79.1 min nəfər əhalisi öz doğma ocağından , yur-yuvasından didərgin düşüb. Həmin əhali Azərbaycanın 59 şəhər və rayonunda , həmçinin “Taxta körpü “ adlanan ərazidə məcburi köçkün kimi məskunlaşmağa və sərin dağlar , zümrüd meşələr əhatəsində yaşamış insanlar heç alışmadıqları bir şəraitdə yaşamağa məcbur oldular. Rayonun I Qarabağ müharibəsində 300-dən döyüşçüsü şəhid olmuş , 65 nəfəri girov götürülmüş , 103 nəfəri müxtəlif dərəcəli əlil olmuşdur. Ən açınacaqlısı budur ki, həmin dövrdə 16 yaşadək 18 uşaq şəhid, 225 uşaq əlil olmuş, 1071 uşaq valideynlərini itirərək yetim qalmışdır. Rayonun I Qarabağ döyüşlərində 6 Milli qəhrəmanı vardır .

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanının tikilməsi nəzərdə tutulmuş və qısa müddətdə Fizuli hava limanı istifadəyə verilmişdir. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır.

Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.

Maştağa qəsəbəsi, 255 saylı məktəbin

müəllimi Tahirə Əsədova

Oxşar xəbərlər