Hal-hazırda biz suveren, azad, demokratif dovlətdə yaşayırıq. Bu mövqeyə gəlib çıxmaq heç də asan olmayıb. Qüdrətli Azərbaycan dövlətinin təməlini, əsasını qoyan Ulu Öndər Heydər Əliyev cənabları olmuşdur. Dahi səxsiyyət xilaskarlıq missiyasıni yerinə yetirərək, xalqın çətin günündə ona dayaq olmuş, Azərbaycan Respublikasının gələcək inkişafına doğru reformlar keçirmişdir. Dövlətimizin suverenliyinin təmin olunması üçün səy göstərmiş və nəticə əldə etmişdir. Ulu öndər Heydər Əliyev xalqın rəğbətini qazanmış fenomen siyasətçi ,dahi natiq idi.
Azərbaycan dövlətinin azad və suveren dövlət kimi dünyada taninmasında Ulu Öndərin əvəzsiz rolu olmuşdur. Bütün dünyaya Azərbaycanı sülhsevər dövlət kimi tanıtmışdır. O,Azərbaycan xalqının azad gələcəyini görürdü.
Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurduq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik.
İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Ulu Öndərin belə bir çıxışı vardır,qeyd edir ki,. Mən fəxr edirəm ki, Azərbaycanlıyam.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
rus dili müəllimi Məqsədi Qəniyeva