Heydər Əliyev Azərbaycan xalqının qəlbində daima yaşayacaq və hər bir gənc üçün onun ideyaları yaşam fəlsəfəsi olacaqdır

Heydər Əliyev Azərbaycan xalqının qəlbində daima yaşayacaq və hər bir gənc üçün onun ideyaları yaşam fəlsəfəsi olacaqdır
Mən uşaqlıq illərimdən bəri Ulu Öndər Heydər Əliyevin dəyərli kəlamları ilə böyümüşəm: “Xalq dövlət üçün, dövlət xalq üçün olmalıdır.” Ulu Öndərin xalqımız millətimiz üçün apardığı uğurlu daxili və xarici siyasəti həmişə mənim diqqət mərkəzim olmuşdur.
Heydər Əliyev Azərbaycan tarixinin, Azərbaycan xalqının eləcə də Türk dünyasının yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycan xalqının ən çətin məqamında vətəninə qayıdaraq dövlətimizi parçalanmaqdan xilas etmişdir. Ümummilli liderimiz Azərbaycan xalqı üçün çox böyük tarixi nailiyyətlər, tükənməz dövlətçilik təcrübələri, müstəqil, qüdrətli Azərbaycan yaratmışdır. Dahi şəxsiyyətin də dediyi kimi: “Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır. Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” Heydər Əliyev həmişə çalışmışdır ki, qurduğu müstəqil Azərbaycan dövləti daim yaşasın, heç bir qüvvə, heç bir yana onu əyə bilməsin.
Ümummilli Lider həmişə öz çıxışlarında vurğulayırdı ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir.
Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun müstəqil dövlət quruculuğu yolundakı uğurlu addımlarını dəyərləndirmişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır”.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən milli-mənəvi dəyərləri, tarixi keçmişimizdən bizə miras qalmış milli varlığımızı və onu fərqləndirən bütün atributları qorumaqla yanaşı, Azərbaycanı, eyni zamanda, müasir, inkişaf etmiş, xalqın maddi-mənəvi tələbatını təmin edə bilən, multikultural dəyərlərə, milli və sosial birliyə qovuşmuş bir dövlət kimi görürdü. Heydər Əliyev azərbaycançılıq ideologiyasından danışarkən layiqli vətəndaş, əsasən savadlı ,vətənpərvər inkişaf etmiş gənc nəslin yetişdirilməsi məsələsini xüsusi fərqləndirirdi. Heydər Əliyev Azərbaycan xalqının qəlbində daima yaşayacaq və hər bir gənc üçün onun ideyaları yaşam fəlsəfəsi olacaqdır.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Günay Həsənxanova


Oxşar xəbərlər