Cənab prezident İlham Əliyev 30 sentyabr 2024-cü ildə Aşıq Ələsgərin abidəsinin açılışında çıxış edib Aşıq Ələsgərin Göyçə mahalında yaşaması və yaradıcılığından bəhs edib.Digər Qərbi Azərbaycanda yaşayan vətəndaşlarımız kimi Aşıq Ələsgərdə öz doğma torpaqlarını tərk etməyə məruz qalmışdır.
Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə kütləvi repressiya və sürgün aksiyaları həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar. İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab edilirdi və həmin rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər. İkinci Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin Türkiyədən qoparılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması problemi qarşıya çıxmışdı. Bu problemin xaricdə məskunlaşan Türkiyə əsilli ermənilərin hesabına həll edilməsi nəzərdə tutulurdu. Qarşıdan isə bütün ermənilərin katolikosunu seçmək kampaniyası gəlirdi. İ.Stalin bu məqamdan istifadə edərək, Eçmiədzin kilsəsinin arxiyepiskopu, katolikos postuna real namizəd Çörəkçyanı Moskvaya çağırır. 1945-ci il aprelin 19-da Çörəkçyan Stalinlə görüşür. Görüşün sonunda Stalin deyir ki, Sovet hökuməti 1921-ci ildə Türkiyəyə verilmiş torpaqları qaytarmaq istəyir, arzu olunandır ki, həmin torpaqlarda Türkiyədən qaçmış və hazırda xaricə səpələnmiş ermənilər məskunlaşdırılsınlar. Stalin təqribən 100 min erməninin immiqrasiyasını təşkil etmək haqqında tezliklə hökumətin qərarının olacağını bildirir və Eçmiədzin kilsəsinin bu işdə köməklik göstərməsini istəyir. Məhz bu görüşdən sonra ermənilərin xaricdən Ermənistana köçürülməsinə və paralel olaraq, azərbaycanlıların deportasiya edilməsinə ciddi hazırlıq görülməsinə başlanmışdı.
1952-ci ildə Ermənistan SSR-dən köçürmə planı 24,6 faiz yerinə yetirildi. Lakin bir mühüm məsələni qeyd etmək lazımdır ki, əhalinin kütləvi şəkildə köçürülməsinə etiraz bildirənlər və müqavimət göstərənlər getdikcə artır, bəziləri hətta geri qayıdırdılar. Araşdırmalar göstərir ki, deportasiya edilən azərbaycanlılar dövrün və zamanın sərt üzünə baxmayaraq, hətta Stalinin imzaladığı qərarlara da məhəl qoymurdular. 1948-1950-ci illərdə 376 təsərrüfatın geri qayıtması xəbərini Ermənistan Nazirlər Sovetinin sədri S.Karapetyan (29 may 1950-ci il tarixli teleqramında) Ermənistan üçün faciə hesab etmiş və dərhal ciddi tədbirlər görülməsini zəruri bilmişdi. Geri qayıdanların sayı Stalinin ölümündən sonra daha da sürətləndi.
Azərbaycana köçürülənlərin sayı ilə əlaqədar bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Sənədlərdən aydın olur ki, həmin illərdə rəsmi köçürmə ilə yanaşı, Ermənistanda yaradılmış dözülməz şəraitdən, təhqirdən canını qurtarıb Azərbaycana pənah gətirənlər də az olmamışdır. Hətta yerli rəhbərlər qərarda göstəriləndən daha çox azərbaycanlını müxtəlif yollarla torpaqlarından qovmağa çalışırdılar. Əksər hallarda erməni daşnakları və silahlı dəstələri azərbaycanlı ailələrin evlərinə soxulub onları təhqir edir, incidir və köçməyəcəkləri təqdirdə öldürməklə, mal-mülklərini dağıtmaqla hədələyirdilər. Həmin vaxtlarda kilsənin və erməni təbliğatının fəallaşması və mərkəzdən yararlanması azərbaycanlı əhalini ağır vəziyyətə salırdı. Ona görə ki, həm yerli partiya və hakimiyyət orqanlarından, həm Ermənistan, həm də SSRİ rəhbərliyindən heç bir kömək görməyən azərbaycanlılar özlərinin daşınmaz əmlakını ya ucuz qiymətə satır (əgər sata bilərdisə), ya da ki, vahimədən tez qurtarmaq üçün mal-mülklərini orada qoyub qaçırdılar.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1948-ci ildə 429 ailə (2384 nəfər), 1948-1950-ci illərdə isə 1000 təsərrüfatdan çox (7 min nəfər) azərbaycanlı ailəsi müxtəlif təzyiqlərə məruz qalaraq pərakəndə halda əmlaklarını qoyub Azərbaycana pənah gətirmişlər. Bu isə dözülməz maddi çətinliklər törədirdi. Erməni millətçiləri azərbaycanlılar arasında müxtəlif şayiələr yayır, vahimələr yaradırdılar. Nəticədə minlərlə azərbaycanlı ailəsi nəinki Azərbaycanın müxtəlif rayonlarına, hətta SSRİ-nin başqa respublikalarına da qaçmağa məcbur olmuşdu. Beləliklə, 1948-1953-cü illərdə Ermənistandan 144.654 nəfər doğma ev-eşiyindən zorla köçürülmüşdü.
Ermənistan ərazisində elə indinin özündə əvvəllər azərbaycanlıların yaşadığı yüzlərlə kənd xarabazarlığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda göstərilmişdi ki, 476-dan çox kənd istifadəsiz qalmışdır.
Deportasiya ilə yanaşı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi sürətlə aparılırdı. Nəticədə yüzlərlə, minlərlə kənd və rayon adları erməniləşdirilmişdi.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki doğma yurdlarından qovulması Stalin-Mikoyan siyasətinin həyata keçirdikləri planın məntiqi yekunu idi. Bu siyasət totalitar rejimin bütün zamanlarında özünü büruzə vermiş və həmişə də erməni-daşnak siyasətini ən incə metodlarla həyata keçirmişdir. Xüsusilə Qorbaçov hakimiyyətə gəldikdən sonra (1985-ci ildə) ermənipərəst siyasət rəsmi dövlət səviyyəsinə çatdırıldı. Türk və müsəlman dünyasının qatı düşməni olan Qorbaçov bütün məsələlərdə antiazərbaycan mövqedə dayanır və bu siyasəti yeridirdi. Həmin mövqe 1948-1953-cü illərdə azərbaycanlıların deportasiya siyasətində də özünü göstərmişdi.
Sovet rəsmi sənədlərində bir çox köçürülmələrə hüquqi-siyasi qiymət verildiyi halda, azərbaycanlıların deportasiyasının heç adı belə çəkilmirdi. Təəccüblüdür ki, SSRİ Ali Sovetinin 1989-cu ilin noyabrında (41 il sonra) məcburi köçürülməyə məruz qalmış xalqlara qarşı repressiya aktlarının qeyri-qanuniliyi, cinayətkarlığın etiraf olunduğu və onların hüquqlarının müdafiəsi haqqında bəyannamədə azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsinə toxunulmur, bu hadisə deportasiya hesab edilmir.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi.
Ulu öndərin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir.
Erməni millətçiləri və daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər nəticəsində təkcə XX yüzillikdə 2 milyondan çox azərbaycanlı erməni vandalizminin, soyqırımı siyasətinin qurbanı olmuşdur. Azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi, 150 mindən çox dinc əhalinin zorakılıqla dədə-baba torpaqlarından qovulması, on minlərlə insanın ağır məşəqqətlərlə üzləşməsi, yüzlərlə və minlərlə günahsız adamın xəstələnməsi, həlak olması, bir sözlə, xalqımızın başına gətirilən dözülməz faciələr hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın 2-ci maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməlidir.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə