Aşıq Əli Elnarənin cavabını verdi

Aşıq Əli Elnarənin cavabını verdi Aşıq Əli Tapdıqoğlu Əməkdar artist Elnarə Abdullayeva haqda sərt açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb muğam ifaçısının səsləndirdiyi “qadından aşıq olmaz” fikridir.

Əli “Show News” proqramına açıqlamasında Əməkdar artistin adını eşitmək istəmədiyini bildirib:

“Kiminsə belə deməyi mənim üçün önəmli deyil. Belə bir adam var? Mənə o insan haqqında sual verməyin.

Qadınlarımız var ki, kişi qeyrətlidir. Şou- biznesdə elə kişilər var ki, onda da aşıq xanımın qeyrətindən yoxdur. Xanım var ki, döyüşə gedir. Kim ki, yavaş-yavaş kənara çəkilir, ortalıqda olmursa, bir mövzu atır, müzakirə yaradır”.

Oxşar xəbərlər