Xəbər verdiyimiz kimi, 2-3 avqust tarixlərində ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb. Ehtimallara görə, həmin təyyarələlə Ermənistana ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri və zirehli texnikalar gətirilib. Siyahıya xüsusi təyinatlılar üçün mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da daxildir.
Maraqlıdır, Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bəyan edən Ermənistanın silahlanması müharibə ehtimalını artırırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi məsələlər üzrə ekspert Şair Ramaldanov Ermənistanın sülhdən prosesindən uzaqlaşmaq siyasəti götürdüyünü deyir:
“Paşinyan administrasiyası hiyləgər mövqe tutub, sülhdən getdikcə uzaqlaşırlar. Sərhəddə vəziyyəti gərginləşdirmək cəhdləri də bununla bağlıdır. Ermənistan havadarlarına arxalanaraq yeni müharibə ocağı yaratmağa çalışır. Paşinyan, ABŞ və Fransanın diqtəsi ilə hərəkət edir və bütün olanlara görə məsuliyyəti də o daşıyacaq. Aydındır ki, Ordumuz tərəfindən təxribatlara ən sərt şəkildə cavab veriləcək. Azərbaycan illərdir davam edən separatizmə son qoyub, biz indi sülh istəyirik. Amma qarşı tərəf sakitləşmək istəmir, xain addımlarına davam edir”.
Ekspert ABŞ və Fransanın bölgə üçün təhlükəli oyunlar qurduğunu düşünür:
“Böyük layihələr Cənubi Qafqazdan keçir. Ermənistan da çalışır ki, ABŞ və Fransa kimi ölkələri bölgəyə cəlb etsin. Bu, region üçün heç də yaxşı şeylər vəd etmir. Amma unutmayaq ki, ABŞ və Fransanın əsas hədəfi Azərbaycan yox, Rusiyadır. Onlar şimal qonşumuzu bölgədən çıxarmağa çalışırlar. Lakin indiki məqamda bu mümkünsüz görünür. Gürcüstanda gedən proseslər çox şeydən xəbər verir. Azərbaycan müstəqil siyasət yürüdür. Ermənistanın isə birmənalı şəkildə Qərbə yönəlməsi Cənubi Qafqazda proseslərin təhlükəli məcraya girməsini şərtləndirir”.
Ş.Ramaldanov Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşmasının ciddi nəticələrə səbəb olacağını vurğulayıb:
“Fransa kimi ölkələr guya erməniləri bizdən qorumağa çalşırlar. Əslində isə onların müdaxiləsi olmasa, qısa müddət ərzində sülh müqaviləsi imzalana bilər. Sözügedən ölkələr bölgədə qalmaq üçün Ermənistanı təxribatlara çəkir. Lakin düşünürəm ki, rusların Ermənistana təsir imkanları həddindən artıq çoxdur. Paşinyan KTMT ilə bağlı məsələdə də ikili oynayır. O, çalışır ki, həm Rusiyadan, həm də Qərbdən dəstək alsın. Dediyim kimi, Rusiyanın Paşinyan rəhbərliyinə qarşı bir çox təsir vasitələri var. Bunların sonuncusu hərbi müdaxilədir. Ermənistan havadarlarının himayəsi altında atmamalı olduğu addımları atır. Vəziyyət belə davam edərsə, Rusiya Ermənistana müdaxilə edəcək və Paşinyan postundan salınacaq. Onun yerinə isə sülh istəyən, ikili oyun oynamayan biri gətiriləcək. Hazırda yeni təxribatların olacağı gözlənilir, eskolasiya riski çoxdur”.