Fransada kütləvi etirazlar başladı - Video

Fransada kütləvi etirazlar başladı - Video Fransada “Hər şeyi bloklayaq” şüarı ilə kütləvi etiraz aksiyaları başlayıb.

“Qafqazinfo” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları hökumətin iqtisadi sahə ilə bağlı təklif etdikləri tədbirlərə qarşı etiraz edirlər.

Aksiyanın ilk saatlarından paytaxt Parisdə etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

Etirazlarla bağlı çağırışlar hələ iyul ayından sosial şəbəkələrdə yayılmağa başlamışdı. Buna səbəb isə ölkənin bir neçə gün əvvəl istefa verən Baş naziri Fransua Bayrunun 2026-cı ilin büdcəsinə dair qanun layihəsini təqdim etməsi olub.


Oxşar xəbərlər