“Azərbaycan dövləti üçün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi prioritetdir. Bu səbəbdəndir ki, ərazilərini işğaldan azad etmiş dövlətimiz Ermənistana sülh sazişi imzalamağı təklif edib. Rəsmi İrəvan da sülhdən danışır, amma görünür ki, bu, yalnız spekulyasiya xarakteri daşıyır. Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı təklifdən qarşı tərəfin imtina etməsi bunu bir daha təsdiqləyir”.
Bu fikirləri açıqlamasında VI çağırış Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Böyük Britaniyanın təşəbbüsü ilə hazırlanan Azərbaycan-Ermənistan liderlərinin görüşünün baş tutmaması bir daha Ermənistanın danışıqlar prosesindən qaçmasının və riyakarlığının göstəricisidir. "Rəsmi İrəvan tez-tez sülh gündəliyindən danışsa da, real mənzərə bunun əksini göstərir. Bu görüş imkanının pozulması da gerçəkliyi sübut edir. Digər tərəfdən, Ermənistanın bu addımı həm də Böyük Britaniyaya qarşı hörmətsizlik və diplomatik etiketdən tamamilə uzaqdır. Xatırladaq ki, bu ilin fevralında Almaniyanın təşəbbüsü ilə keçirilmiş görüşdən sonra da Ermənistan Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərək prosesi pozmağa çalışdı və Berlinin səylərinə hörmətsiz yanaşdığını göstərdi", - o vurğulayıb.
Sammit çərçivəsində Nikol Paşinyanın Fransanın prezidenti Emmanuel Makronla görüşünü şərh edən deputat bildirib ki, görünür, Ermənistanın baş naziri təlimatları Makrondan alıb: "Makronun təkidi ilə Paşinyan Fransadan başqa istənilən Avropa ölkəsinin sülh təşəbbüsünü pozmağa çalışır. Bu mənada Paşinyanın London görüşünə Makron tərəfindən icazə verilmədiyi anlaşılır. Əlbəttə, Fransanın Cənubi Qafqazda öz maraqları var və Ermənistan Parisdən gələn tapşırıqları yerinə yetirir. Ötən ildən başlayaraq Fransa Ermənistana silah tədarük edir. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Bu baxımdan, Fransa xüsusi canfəşanlıq edir. Bu ölkə Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır və Ermənistan buna görə hərbiləşdirilir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.
Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda, sülhdən imtina Ermənistanın özü üçün ciddi problemlər yaradacaq”, - Sevinc Fətəliyeva vurğulayıb.