Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olmuş və müsbət dinamikası ilə seçilmişdir

Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olmuş və müsbət dinamikası ilə seçilmişdir
Möhtərəm prezidentimiz İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuatda belə bir bəyanat vermişdir:
Ölkələr arasında səmərəli siyasi dialoqa əsasən,əlaqələr genişlənə,dərinləşə və yeni nəticələr əldə edə bilər.
Ticarət dövriyyəsinin bir neçə dəfə artmasının səbəbi enerji sektorundakı əməkdaşlıqdır.
Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edildiyindən Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilmişdir.
Azərbaycanın Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparılması texniki-iqtisadi əsaslandırma işlərinin başlanması üçün gözəl zəmin olacaq.
Həmçinin nəqliyyat sahəsində atılan addımlar Bolqarıstanla Azərbaycan arasında əməkdaşlıq istiqamətidir.Şərq-Qərb istiqaməti və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması ölkələr arasındakı münasibətləri gücləndirəcək.
8 may tarixində Azərbaycan və Bolqarıstan arasında bir sıra sənədlər imzalanmışdır. Bu sənədlər ölkələrimiz arasında müxtəlif sazişlərə,memorandumlara şamil olunmuşdur.
Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olmuş və müsbət dinamikası ilə seçilmişdir. Ölkələr arasında diplomatik münasibətlər 1992-ci ildən başlayır.Bu günə qədər iki ölkə arasında 60-dan çox sənəd imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləyir,onun qonşu ölkələrlə böyük hörmət və etimadla əməkdaşlığına,nəqliyyat, ,turizm və digər sahələrindəki mütərəqqi ideyalarına,nailiyyətlərinə güvənir,məhz onun kimi böyük liderin ardıcıllığı olmağa çalışır,yolunu yolumuz kimi qiymətləndiririk.

Maştağa qəsəbəsi, 209 saylı orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Nigar Fərzəliyeva

Oxşar xəbərlər