Keçən illər ərzində Respublikamız beynəlxalq ictimaiyyətdə nüfuz qazanmaq, eyni zamanda ölkənin inkişafı istiqamətində lazimi tərəfdaşlar müəyyənləşdirmək məqsədi ilə istər həmsərd dövlətlərlə, istərsə də beynəlxalq birliyin digər üzvləri ilə yaxından əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ciddi addımlar atır. Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan cənab prezident İlham Əliyevin də yürütdüyü siyasətdə prioritet istiqamətlərdən biri xarici münasibətlərin düzgün qurulması məsələsidir. Bu istiqamətdə ölkəmiz hər il dünyanın hər bir ölkəsi ilə əlaqələr istiqamətində görüşlər təşkil edir. İlk dəfədir ki, Konqo Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfərini bu baxımdan tarixi hadisə adlandırmaq olar.
Səfər zamanı imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməli olub çox önəmli və sanballı bir sənəddir. Bu sənəd Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaradılacağından xəbər verir. Bizim siyasi əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə hər iki tərəf əmindir. Ölkələr BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələrini inkişaf etdirəcəkləri haqqında razılaşma əldə ediblər və onlar bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcəklər. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmiş, bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının inkişafı da təmin edilmişdir. Belə ki, Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmış, Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilata çevrilmişdir. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır və 121 üzvü var, bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması iki ölkənin də marağındadır.
Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bu istqamətdə Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır. İki ölkə arasında strateji əməkdaşlıq üçün çox gözəl zəmin var. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var.
Rəsmi səfər ərəfəsində səfəri yaxşı hazırlamaq və yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var;
Vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar. İki ölkə bu cür ənənənin bərpa olunması üçün müvafiq göstərişlər verildi.
4 apreldə baş tutan görüş iki ölkə rasaında münasibətlərin inkişafı istiqamətində atılmış uğurlu addım olmuş, gələcək əməkdaşlığın güclü özülləri qoyulmuşdur. Ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq barədə qərarlar verilmiş, sənədlər imzalanmışdır. Ümüdvarıq ki, bu tipli görüşlər davam edər. Azərbaycanın uğurlu xarici siyasət istiqamətindən məmnunuq.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli