Qoşulmama Hərəkatı-özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.Bu hərəkat Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır.
Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir.Bu səbəbdən ölkımiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib.Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir.2023-cü ilin axırına kimi Qoşulmama Hərəkatına sədrliyimizin uzadılması ölkəmizə qarşı hörmət və fəaliyyətimizin qiymətləndirilməsinin əlamətidir.
Cari ilin 30 iyun tarixində Heydər Əliyev mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev konfransda çıxış edib. Konfransda “Bakı Bəyannaməsi”və “ Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iş qaydalarına dair Nizamnamə ”qəbul edilib,təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub.Qurumun sədri və sədr müavinləri seçilib. Üç gün davam edən konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə yönəlib.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etmiş, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olmuşlar.
Sabunçu rayonu, 155№li tam orta məktəbin
ibtidai sinif müəllimi Günay Əhmədova