Ermənistanda daşnaklar da daxil, radikal-revanşist ünsürlər Paşinyan hakimiyyətinə qarşı qiyama hazırlaşırlar.
Tezliklə İrəvanda və ölkənin digər şəhərlərində ciddi silahlı toqquşmaların baş verməsinin şahidi ola bilərik.
Qeyd edək ki, Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə gedən silahlı dəstə saxlanılıb.
Ermənistan KİV-lərinin məlumatlarına görə, "Döyüş Qardaşlığı" adlı silahlı dəstənin 24 üzvü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onların silah-sursatları ələ keçirilib.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan artıq bu məlumatı təsdiqləyib.
Bildirilib ki, “Döyüş Qardaşlığı” silahlı qruplaşma Qazaxın işğal altında olan kəndlərinə doğru hərəkət etməkdə məqsədi həmin kəndlərin Azərbaycana qaytarılmasına mane olmaq idi.
Yəni sözügedən qrup kəndlərin geri qaytarılmaması üçün ərazidə qeyri-qanuni məskunlaşan əhalini müharibəyə səsləmək, delimitasiya prosesinin icrası zamanı isə Azərbaycan Ordusuna qarşı təxribat törətməyi planlaşdırırdı.
Xatıradaq ki, bundan öncə “Döyüş Qardaşlığı” Ermənistanın nəzarətində olan Qazaxın Yuxarı Əskipara kəndinə girəcəyini və ərazinin Azərbaycana geri qaytarılmasına imkan verməyəcəklərini bəyan etmişdilər.
Üzvlərinin həbs olunmasına etiraz olaraq "Döyüş Qardaşlığı" qruplaşmanın digər üzvləri İrəvanda Nor-Nork icmasının polis şöbəsinin binasına silahlı basqın etməyə cəhd ediblər. Nəticədə qrupun 49 üzvü saxlanılıb.
Hazırda Ermənistanın “Shamshyan.com” saytı xəbər verib ki, departament binasının yaxınlığında toplaşan “Döyüş Qardaşlığı” təşkilatının üzvləri olan bir qrup vətəndaş təmsil etdikləri təşkilatın üzvlərinin həbsdən azad edilməsini tələb ediblər.
Ermənistanın hökumətyönlü “Telegram” kanalları yazır ki, İrəvanda polis binasını ələ keçirmək cəhdi “Sasna Çer” terrorçularının işidir.
Maraqlıdır, Ermənistanda nə baş verir? Doğrudanmı, Ermənistanda radikal-revanşist ünsürlər və müxalif qüvvələr Paşinyan hakimiyyətinə qarşı qiyama hazırlaşır?
Məsələ ilə bağlı Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Ermənistanda radikal və revanşist dairələr istənilən zaman qiyam təşkil edə bilərlər.
"Ermənistanın hüquq-mühafizə orqanlarında son hadisə ilə bağlı araşdırmalar aparılır. Hələlik bir nəticə yoxdur. Bildirim ki, “Sasna Çer” və "Döyüş Qardaşlığı" könüllülərdən ibarət olan silahlı qruplaşmalardır.
Xüsusilə, “Sasna Çer” Paşinyan hakimiyyətinə qarşı kəskin ittihamlar səsləndirir. Bu təşkilatın rəhbərləri keçmiş erməni terrorçularıdır. Həmin şəxslərdən biri Livandan gəlib Ermənistanda yerləşmiş Jirar Sefiryandır. Sözügedən təşkilatın rəhbərləri, həmçinin "Ermənistan Qütbü" adlanan təşkilat da qurublar. Artıq “Sasna Çer” daxil bütün revanşist ünsürlər Paşinyan hakimiyyətinin devrilməsi üçün istənilən addımı atacaqlarını bəyan ediblər. Ona görə də onlar tərəfindən hər hansı iğtişaşın törədilməsi gözləniləndir.
Artıq Ermənistan ictimaiyyətində işğal altında olan səkkiz kəndin Azərbaycana qaytarılması ilə bağlı söz-söhbətlər gedir. Radikal erməni millətçiliyini təbliğ edən müxalifət, hətta silahlı qruplaşmaların rəhbərləri buna qarşı çıxırlar. Bununla əlaqədar olaraq aprelin 5-də İrəvanda radikal müxalifət nümayiş keçirəcək.
Radikal erməni müxalifəti bəyan edir ki, onlar Nikol Paşinyanı zorla hakimiyyətdən uzaqlaşdıracaqlar. Ermənistan Milli Assambleyasında N.Paşinyanı impiçment etmək qeyri-mümkündür. Bu baxımdan onların iğtişaşa və qiyama cəhd etməsi istənilən an baş tuta bilər".
“Sasna Çer”, "VOMA", "Yerkapah" və digər silahlı qruplaşmaların birləşib Paşinyan hakimiyyətinə qarşı qiyam qaldıracağı məsələsinə gəlincə, Q.Çaxmaqlı Ermənistanda belə bir zamanın yetişmədiyini bildirib:
“Sasna Çer” "VOMA" və digər silahlı birləşmələrin hazırda bir cəbhədə birləşməsi qeyri-mümkün görünür. Çünki bu qruplaşmaların hər birinin fərqli məqsədləri və baxışları var. Bildiri ki, həmin təşkilatlar arasında münaqişə də yaşanır və bir-birlərini həzm edə bilmirlər. Düzdür, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsində həmfikirdirlər. Amma ümumilikdə, həmin təşkilatlar bir araya gələ bilmirlər. Hərəsi öz mitinqini təşkil edir, özünə məxsus addım atır".
O ki qaldı Ermənistan cəmiyyətində Paşinyanın səkkiz kənd ilə bağlı mövqeyinin necə qarşılanmasına, Q.Çaxmaqlı böyük əksəriyyətin buna qarşı olduğunu deyib:
"Ermənistan ictimaiyyətində bu məsələ barədə ciddi və qızğın mübahisələr aparılır. Bəzi erməni ekspertlər hesab edirlər ki, səkkiz kənd mütləq boşadılıb Azərbaycana qaytarılmalıdır, yoxsa növbəti müharibə qaçılmaz olacaq. Amma erməni cəmiyyətində əksəriyyət bu kəndlərin qaytarılmasına qarşı çıxırlar.
Hətta bu kəndlərin Azərbaycana məxsus olduğunu bilən ermənilər deyirlər ki, xəritələr ortalığa qoyulmadan və delimitasiya prosesi aparılmadan kəndlər qaytarılmamalıdır. Həmçinin bəziləri iddia edir ki, Paşinyan növbəti dəfə Azərbaycana torpaq bəxşiş edir və öz hakimiyyətini uzatmaq üçün bu addımı atır".