Ermənistanda dövlət çevrilişi ehtimalına qarşılıq ABŞ və Qərb ehtiyat variant hazırlayıb, baş nazir Nikol Paşinyanın hakimiyyəti Qərbə bağlı digər şəxsə ötürməsi təmin ediləcək... Onun özü isə ailə üzvləri ilə birlikdə Avropa ölkələrindən birinə aparılaraq, təhlükəsizliyinə təminat veriləcək, Qərb kəşfiyyatının Rusiyanı qabaqlamaq üçün yeni erməni lideri məhz həlledici məqamda siyasi səhnəyə çıxaracağı barədə də ciddi iddialar mövcuddur...
Ermənistanın gələcək taleyini müəyyən edən önəmli prosesə artıq start verilib. Ancaq bu proses birtərəfli deyil, çoxistiqamətli xarakter daşıyır. Paşinyan hakimiyyətinin son illərdə üstünlük verdiyi "xaos diplomatiyası" artıq öz nəticələrini verməyə başlayıb. Və indi Ermənistan bir neçə istiqamətdən çarpaz zərbə altına düşmüş kimi görünür.
Rəsmi İrəvanın son vaxtlar Rusiyaya açıq "siyasi hücum" kampaniyası Kremli əməlli başlı qıcıqlandırıb. Rusiya Xarici İşlər Nazirliyi Paşinyan hakimiyyətinə qarşı sərt bəyanatla çıxış edib. Və gətirdiyi arqumentlərlə əslində, dolayısı ilə Ermənistan cəmiyyətini bütün problemlərin həlli naminə ölkədə siyasi dəyişikliklərə çağırıb.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Rusiya və Ermənistan arasındakı münasibətləri ciddi şəkildə korlayıb. Hətta iki ölkə arasında əlaqələrin qopma nöqtəsinə gəldiyi də açıq-aşkar müşahidə olunur. Çünki Paşinyan hakimiyyəti Ermənistanın bütün uğursuzluqlarında və məğlubiyyətlərində Rusiyanı günahlandırlr. Rusiyanı Ermənistanın müstəqilliyinə ciddi təhlükə törətməkdə suçlayır.
Son vaxtlar Kreml də baş nazir Nikol Paşinyanın bu ittihamlarını cavabsız buraxmır, müxtəlif variantlarda sərt reaksiya verməyə başlayıb. Eyni zamanda, Kremldə anlayırlar ki, Paşinyan hakimiyyəti devrilməsə, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşması qaçılmaz olacaq. Ona görə də, Kreml Azərbaycanın hərbi-siyasi qələbələrindən Paşinyan hakimiyyətini devirmək üçün istifadə etməyə çalışır.
Azərbaycan ordusunun son lokal antiterror tədbirlərinin nəticələri də hazırda Ermənistanda daxili gərginliyi artırmaq, siyasi xaos yaratmaq üçün Kremlə əlavə imkanlar açıb. İndi Kreml Rusiyaya bağlı revanşist erməni müxalifətini Ermənistanda hakimiyyət çevrilişi üçün səfərbər etməyə çalışır. Kremldə əmindirlər ki, Ermənistana nəzarəti yenidən bərpa etmək üçün Paşinyan hakimiyyətinin devrilməsi yeganə çıxış yoludur.
Əgər, buna nail olunmazsa, onda Rusiyanın Ermənistanı işğal etməkdən başqa variantı qalmayacaq. Kremlin planları arasında Ermənistan dövlətçiliyinin ümumiyyətlə, ləğv edilməsi və onun ərazisinin Rusiyanın quberniyasına çevrilməsi də daxildir. Hər halda, Kremlə yaxın siyasi dairələrin son təhdid mesajlarından belə məlum olur ki, Paşinyan hakimiyyətinin devrilməsi baş tutmasa, Rusiya bu addımı atmaq məcburiyyətində qala bilər.
Hazırda baş verənlər isə onu göstərir ki, Rusiyaya bağlı siyasi qüvvələrin Ermənistandakı sosial dayaqları Paşinyan hakimiyyətini devirmək üçün yetərli deyil. Yəni, Paşinyan hakimiyyəti ölkədaxili kütləvi etiraz dalğasına qarşı duruş gətirə biləcəyini sezdirir. Eyni zamanda, ABŞ və Qərb də Paşinyan hakimiyyətini qorumaq üçün bütün imkanlardan istifadə edir.
Bəzi məlumatlara görə, ortaq hərbi təlimlər bəhanəsi ilə Ermənistana gətirilmiş ABŞ hərbçiləri də əslində, Paşinyan hakimiyyətini devirmək cəhdlərinə qarşı mövcud hökumətin müqavimət resurslarının artırılması istiqamətində fəaliyyət göstərirlər. Paşinyan hakimiyyətinin qorunması prosesində Avropa Birliyinin Ermənistandakı fransız və alman casuslarından ibarət mülki müşahidə missiyasının da iştirak etdiyi bildirilir. Yəni, ABŞ və Qərb Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün Ermənistanda faktiki olaraq, Rusiya ilə hibrid savaş aparır.
Belə situasiyada Rusiyaya bağlı revanşist-radikal erməni siyasi dairələrin Ermənistanda dövlət çevrilişi etməsi o qədər də asan olmayacaq. Böyük ehtimalla baş nazir Nikol Paşinyan öz hakimiyyətini qorumağa və bir müddət sonra isə mövqelərini daha da möhkəmləndirməyə nail ola bilər. Və bu, Ermənistanda ölkədaxili siyasi mübarizənin daha təhlükəli istiqamətlər alma ehtimalını artırır.
Bu baxımdan, erməni revanşist-radikalların terror variantına əl ata biləcəkləri də qətiyyən istisna deyil. Çünki erməni siyasi-ideoloji düşüncəsi terrorizm üzərində qurulub. Ona görə də, baş nazir Nikol Paşinyana qarşı terror və ya sui-qəsd törədilərsə, bu, qətiyyən gözlənilməz olmayacaq. Hər halda, Ermənistanda baş nazir Nikol Paşinyana qarşı sui-qəsdin hazırlanmasında iştirak edən bir neçə radikal qruplaşma üzvünün həbs edildiyi də bildirilir.
Ümumiyyətlə, hazırda Ermənistan özünün ən qeyri-müəyyən dövrünə qədəm qoyub. Bu ölkədə baş verənlərin necə nəticələnəcəyi yaxın aylarda tədricən aydınlaşdırmağa başlayacaq. Hələlik isə Ermənistanda Rusiyanın Ukraynada olduğu kimi, ABŞ və Qərblə hibrid savaşa başladığı qətiyyən şübhə doğurmur. Və bu savaş Ermənistan üçün böyük təhlükə vəd edir.
Məsələ ondadır ki, bəzi məlumatlara görə, Ermənistan hazırda böyük dövlətlərin xüsusi xidmət servisləri üçün savaş məkanına çevrilib. Rusiya kəşfiyyatı öz nəzarətində olan siyasi qruplaşmaları hərəkətə gətirib. Bunun qarşılığında ABŞ, Fransa və bəzi Avropa Birliyi ölkələrinə aid kəşfiyyat qurumları da Ermənistanda fəaliyyətlərini genişləndiriblər. Əsas hədəf Paşinyan hakimiyyətini qorumaqdan ibarətdir.
Əgər, buna nail olunmazsa, ehtiyat variantın işə salınacağı barədə ehtimallar mövcuddur. Həmin varianta görə, baş nazir Nikol Paşinyanın hakimiyyəti Qərbə bağlı digər şəxsə ötürməsi təmin ediləcək. Onun özü isə ailə üzvləri ilə birlikdə Qərb ölkələrindən birinə aparılacaq və təhlükəsizliyinə təminat veriləcək. Və Qərb kəşfiyyatının baş nazir Nikol Paşinyanı əvəzləyəcək şəxs artıq indidən müəyyən etdiyi barədə də ciddi iddialar mövcuddur.
Belə anlaşılır ki, ABŞ və Qərb Ermənistanı Rusiyaya güzəştə getmək niyyətində deyil. Əksinə, bu ölkəni Rusiyanın təsir dairəsindən tamamilə qoparmaq üçün müəyyən ssenarilərin işə salınmasına hazırlaşır. ABŞ prezidenti Co Baydenin Ermənistan baş naziri Nikol Paşinyana məktub yazması və humanitar dəstək vəd etməsi də prosesin qəlizləşməkdə olduğunu göstərir. Və belə vəziyyətdə Rusiyanın necə davranacağı Ermənistanın gələcək taleyində həlledici rol oynaya bilər. (Yeni Müsavat)