ABŞ Prezidenti Co Bayden çıxışı zamanı zarafatca dediyi sözlərə görə gündəm olub.“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi Konqresdəki nitqinə belə başlayıb: “Əgər ağıllı olsaydım, indi evə gedərdim”.Bu sözlərdən sonra zalda alqış sədaları ucalıb. Bildirilir ki, canlı efir Ağ Evin saytında yayımlanıb.