Kürdəxanı Sağlamlıq Mərkəzində ideoloji maarifləndirmə mövzusunda tədbir keçirilmişdir

Kürdəxanı Sağlamlıq Mərkəzində  ideoloji maarifləndirmə mövzusunda tədbir keçirilmişdir 22.02.2024-cü il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı Sağlamlıq Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunan nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılmasının müstəsna əhəmiyyətini nəzərə alaraq Sabunçu Rayon İcra Hakimiyyəti başçısının “İdeoloji maarifləndirmə işinin aparılmasına dair” 25 fevral 2022-ci il tarixli 55 nömrəli Sərəncamının icrası ilə əlaqədar ”Dövlətçillikdir” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə ilk əvvəl Kürdəxanı Sağlamlıq Mərkəzinin Baş həkimi Ceyran Əhmədova ətraflı çıxış etmişdir.
Azərbaycanın dövlətçilik tarixinin milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğindən geniş danışan C.Əhmədova dövlətçilik nədir sualına açıqlama gətirərək bildirmişdir ki, Dövlətçilik-Azərbaycan Respublikasının mədəniyyətini, incəsənətini təbliğ edən müəyyən edilmiş qaydada incilərin təmayüllü və qədim dövrlərdən fərqli olaraq milli-mənəvi dəyərlərə sadiq qalan hər bir vətəndaşın qəlbində, qanında, canında yaradılan milli-mənəvi dəyərlərimizin təbliği olaraq, xalqımızın rifahı naminə fəaliyyətimizin əsas qoruyucusu və birliyimizin həmrəyliyinin təmayüllü deməkdir.
Dövlətçilik-Ümummilli iqtisadi və mənafe duyğusu tələb edərək, Milli dövlət qurulması ideyalarının həyata keçirilməsi və proseslərin qurulması mütləq ki, vətəninə sevgisi ilə vətənpərvərlik ruhunda mənəvi dəstəyini verməklə yanaşı qürurumuzun reallıqlarının sevgisi ilə öz təcrübələrini bölüşərək dövlətini qurmağı bacaran, bərpa edən millətlər, tayfalar arasında münasibətlər qurmaq ictimai təşkilatların xətti ilə beynəlxalq seminarın əsas qoruyucusu və təcəssümü kimi ifadə olunan cəmiyyət yaratmaqdır.
Dövlətçilik-mənəviyyatının və bütövlükdə tariximizin şanlı səhifələrindən misilsiz xidmətlərindən istifadə hüququ olan vətəndaşların hüquqlarını müdafiə edərək
mənəviyyatda fərdi miqyasdan, ailə miqyasından bütöv vətən uğrunda mübarizənin duyğusal sevgisindən irəli gələn hər şeydən yüksək tutmaq qürur mənbəyimizin tarixi reallıqlarınınmövqeyidir.
Dövlətçilik maraqlarını, ənənələrini bərpa etmək, ideyalarının həyata keçirilməsi, təmin edilməsi xalq qarşısında ən böyük xidmətlərindən biri də məhz öz ətrafında birləşdirəcək güclü ideyanın olması, dönməzliyinin təmin edilməsi xalq qarşısında milli-tarixi prosesinin möhkəmlənməsini təmin edilməsi baxımından ziyalı məramının siyasi müstəviyə keçirilməsi deməkdir. Milli ruhda, milli anlamının etnik-millidən fərqli olaraq, Milli ruhun qorunması, inkişaf etdirməyin və yeni nəsillərə, gələcək nəsillərə ötürülməsi üçün ən mühüm əhəmiyyət kəsb edən milli dövlətçilikdir. Ümummilli Liderimiz Müstəqilliyimizin Qarantı olan Heydər Əliyevin təcrübəsindən aydın edirdi ki, gənc və gücsüz, təcrübəsiz və müharibə aparan müstəqil Azərbaycanı bir dövlət kimi qurmaq, ayağa qaldırmaq, yaşatmaq, möhkəmləndirmək və qüdrətləndirmək üçün bütün vətəndaşların ümumi bir məqsəd ətrafında birləşməsi gərəkdir.
Dövlətçilik ənənələrini dərk etmiş, azadlığın və müstəqilliyin tərəfdarı olan xalq öz dövləti ətrafında yalnız milli ideya birləşdirə bilərdi. Milli ideyanın yaranması və inkişafı Ümummilli Liderimiz Müstəqilliyimizin Qarantı olan Heydər Əliyevin və Ali Baş Komandan Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında tarixi xidmətləri unudulmaz və danılmazdır. Azərbaycanın müstəqilliyinə nail olaraq xalqımızın daima xidmətində olduğununun göstəricisini sübutu ictimai-siyasi quruluşdan yenisinə keçən, iqtisadi-hüquqi əsasları üzərində qurulacaq dövləti möhkəmləndirmək, bir amal uğrunda birləşməsini təmin edən əsas amillərdən biridir. Mütərəqqi milli ideyanın olması ilə əlaqədar çox mühüm əhəmiyyət kəsb edir.
19.06.2008-ci ildə Dövlət başçısı Azərbaycan parlamentinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə ölkəmizin inkişaf modelini, qloballaşan dünyaya inteqrasiya yolunu ifadə edən dəyərli münasibət bildirmişdir: "Bu gün bizim qarşımızda yeni çağırışlar dayanır. Bu gün əsas prioritetlərdən biri Azərbaycanın milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulması, dünya birliyinə inteqrasiya etməsidir. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanıbdır. Budur hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələləri".
Müstəqilliyimizin Qarantı olan Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezidentimiz Ali Baş komandan İlham Əliyev xüsusi olaraq vurğulayır ki, milli ideologiya demokratik dəyərlərə sadiq olan hər bir dövlətdə cəmiyyət daxili tolerantlığın bərqərar olunmasına xidmət etməlidir.
Milli-mənəvi dəyərlərimizi, dünyada tanıtmaq, xalqlararası və mədəniyyətlərarası dialoqa dəstək vermək Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir. Milli-fəlsəfi fikrin və bu təlimlərdə iştirak edən dövlət və dövlətçilik ənənələrini bərpa etmək təkcə ziyalılığın deyil onun qürur mənbəyində xalqımızın rifahı naminə fəaliyyətimizin əsas prinsipləri əsasında formalaşmış bir hissəsinin açıqlamasında izahı təbliğində fəal iştirak etməli, dövlətimizin və dövlətçiliyimizin hər zaman xidmətində olmaqdır.
Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi dövlətçiliyimizin milli adət-ənənələrimizə, elm və mədəniyyətimizə, əxlaqi dəyərlərimizə,incəsənətimizə söykəndiyini bildirdi və bu barədə çıxış üçün sözü Kürdəxanı Sağlamlıq Mərkəzinin İctimai Əlaqələr İşləri üzrə məsul şəxs Zibeydə Məmmədovaya verildi.
Z.Məmmədova öz çıxışında bildirmişdir ki, Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlardandır.Zəngin adət-ənənələrimizi özündə cəmləşdirən Novruz bayrami,Novruz süfrəsi,Novruz tonqalı və eləcədə Azərbaycanda toy şənlikləri, yas mərasimləri ,qədim xalq adət-ənənələrinə söykənir.Toy şənliklərimizdə elçi getmək,nişan taxma kimi adətlərinin dərin kökləri var.Yas mərasimlərində qadınlar zinyət əşyası taxmır,qara paltar geynir,qara yaylıq bağlayırlar.Həmin günlər ərəfəsində qohumlar toy etmir, musiqiyə qulaq asmırlar.Adət ənənələrimizi dəyərləndirilərək,nəsildən nəsilə ötürülməsində xalqımızın yüksək əxlaqı yer tutur.Hər bir dövlətin uzunömürlü,güclü olması onun adət-ənənələrinə, əxlaqına milli vətənpərvərliyinə söykənərək öz əksini tapır.Ümummilli Lider Heydər Əliyev dediyi kimi ,mənəvi dəyərlərimizin əsası Müqəddəs kitabımız Qurani- Kərimdə öz əksinin tapmışdır.Sənəti,mədəniyyəti ilə Azərbaycan heyrət doğurur.Azərbaycan muğamı,aşıq sənəti,xalçaçılıq bu kimi milli dövlətçilik ənənələrinin gənc nəsillərə aşılanması, dövlətin mədəni tərəqqəsinə, zəngin irsinin həyata keçməsinə səbəb olur.1995-ci il Azərbaycan Mədəniyyət Fondu təsis edilərkən Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərimizim qorunması,incəsənətimizin inkişafı və tərəqqisi başlıca prinsip olaraq əldə rəhbər tutulmuşdur.
Fondun prezidenti, birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan xəzinəsinə ayrılan diqqətdir. 26 Avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur.
Kürdəxanı Sağlamlıq Mərkəzinin terapiya şöbə müdiri Aytən Məmmədova çıxış edərək bildirdi ki, Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan bu və ya digər nailiyyətlərlə yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə artıq dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir
Bu gün artıq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin məkanına çevrilib. Bir çox ölkələrin nümayəndələri məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün məhz bizim ölkəmizə səfər edirlər. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi təsadüfi deyil. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Prezidentin Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır.
Kürdəxanı Sağlamlıq Mərkəzində  ideoloji maarifləndirmə mövzusunda tədbir keçirilmişdir
Kürdəxanı Sağlamlıq Mərkəzində  ideoloji maarifləndirmə mövzusunda tədbir keçirilmişdir
Kürdəxanı Sağlamlıq Mərkəzində  ideoloji maarifləndirmə mövzusunda tədbir keçirilmişdir
Kürdəxanı Sağlamlıq Mərkəzində  ideoloji maarifləndirmə mövzusunda tədbir keçirilmişdir


Oxşar xəbərlər